BAKI, 18 mart. TELEQRAF
Bakıda “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimat mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, tədbir WUF13 çərçivəsində reallaşır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktorunun müavini Kəmalə Məmmədzadə bildirib ki, bu il çərçivəsində qarşımızda duran ən mühüm vəzifələrdən biri də şəhərsalma istiqamətində milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.
O qeyd edilib ki, hər il qəbul olunan standartların sayı artır.
"Təsəvvür edin ki, 2021-ci ildə 36 yeni dövlət standartı qəbul olunubsa, bu rəqəm illər keçdikcə artıb. Və ötən il 345 yeni dövlət standartı qəbul olunub".
O həmçinin əlavə edib ki, qarşıdakı üç ildə 3 minə yaxın yeni dövlət standartının işlənib hazırlanması planlaşdırılır.