BAKI, 18 mart. TELEQRAF

Tacikistan Prezidenti Emoməli Rəhmonun göstərişi ilə İrana humanitar yardım göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İrana göndərilən yardımın ümumi həcmi 3 610 ton təşkil edir.

Humanitar yükə 45 ton dərman preparatları, böyük həcmdə sanitar-gigiyenik vasitələr, uşaq geyimləri, müxtəlif qida məhsulları, məişət əşyaları, yataq dəstləri, çadırlar, tikinti materialları və digər zəruri ləvazimatlar daxildir.

110 iritonnajlı yük avtomobilindən ibarət konvoy martın 18-də Tacikistandan yola düşüb və yaxın vaxtlarda təyinat nöqtəsinə çatacağı gözlənilir.