BAKI, 18 mart. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi yeni Ali rəhbər Müctəba Xameneinin nüvə silahı ilə bağlı mövqeyinin açıqlanmasını gözləməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Al Jazeera” telekanalına müsahibəsində danışıb.

O xatırladıb ki, İranda nüvə silahının qadağan edilməsi ilə bağlı fətva ABŞ və İsrail zərbələri nəticəsində həyatını itirən keçmiş ali rəhbər Əli Xamenei tərəfindən verilmişdi.

“İranın nüvə doktrinası həmişə dinc xarakter daşıyıb və biz həmişə sülh məqsədli nüvə enerjisindən istifadə hüququmuzu həyata keçirməyə çalışmışıq və çalışırıq. Bildiyiniz kimi, fətva onu elan edən şəxsdən asılıdır. Mən hələlik bu məsələ ilə bağlı yeni rəhbərin hüquqi-siyasi mövqeyinin necə olacağını qiymətləndirə bilmirəm. Mənim anladığıma görə, bu, əvvəlki siyasətimizdən ciddi şəkildə fərqlənməməlidir, amma onun mövqeyini öyrənmək üçün gözləməliyik”, - Əraqçi vurğulayıb.