BAKI, 18 mart. TELEQRAF
İngiltərənin "Arsenal" klubunun futbolçusu Ebereçi Eze sıradan çıxıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer Leverkuzen"lə cavab oyununda (2:0) zədələnib.
"Emireyts" stadionunda baş tutan görüşün 36-cı dəqiqəsində hesabı açan Eze matçın sonlarında meydanı tərk etmək məcburiyyətində qalıb.
27 yaşlı oyunçu görüşdən sonra açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib: "Hər şey qaydasındadır, mən yaxşıyam. Ciddi bir problem yoxdur".
Eze yaxın günlərdə keçiriləcək İngiltərə Liqa Kubokunun final matçında iştirak edə biləcəyini gözlədiyini qeyd edib.
Qeyd edək ki, Ebereçi Eze cari mövsüm ərzində meydana çıxdığı 41 oyunda 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub.