BAKI, 18 mart. TELEQRAF
İlaxır çərşənbədə bir azyaşlı tonqalda xəsarət alıb.
Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dünən saat 21:35 radələrində tonqalda yanma səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2018-ci il təvəllüdlü azyaşlıya (kişi) yerində tibbi yardım göstərilib.
Qeyd edilib ki, bu ilki çərşənbə axşamlarında tonqalda xəsarət alma səbəbilə ümumilikdə 3 müraciət qeydə alınıb.
"24.02.2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən 15 yaşlı yeniyetmə (kişi cinsli) və Nizami rayonu, Naxçıvanski 36 ünvanından 9 yaşlı azyaşlı (qadın cinsli) üçün, 17.03.2026-cı il tarixində isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) üçün çağırışlar qeydə alınıb.
24.02.2026-cı il tarixində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.
Ötən gün qeydə alınan çağırışda isə xəsarət alan azyaşlıya təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib", - məlumatda qeyd edilib.