BAKI, 18 mart. TELEQRAF

“Beşiktaş” yay transfer dönəmində Türkiyə millisinin üzvü Salih Özcanı heyətinə qata bilər.

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Almaniya təmsilçisi “Borussiya Dortmund”dan ayrılmağa hazırlaşan futbolçunu heyətinə qatmaq istəyir.

28 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsinə görə “qartallar” bu transferi azad agent kimi reallaşdırmağı planlaşdırır.

Məlumata görə, baş məşqçi Sergen Yalçın da təcrübəli futbolçunun keçidinə müsbət yanaşır. Salih Özcanın özü də “Beşiktaş”a transferə isti baxır.

Qeyd edək ki, Salih Özcan cari mövsümdə Dortmund klubunda cəmi 8 oyunda 32 dəqiqə meydanda olub.