Sumqayıt şəhərində polis xüsusi əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mirzə Mirzəyevin mənzilindən 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş və lüləsi kəsilmiş “İJ-K” markalı ov tüfəngi və 7 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Dadaşovdan qumbara və 11 ədəd müxtəlif çaplı patron götürülüb.

Hacı Zeynalov