Bakıda döyüş sursatı aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, sursat Nərimanov rayonu ərazisində tapılıb.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub.

Baxış keçirilən zaman məlum olmub ki, bu, istifadəyə yararsız olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarasıdır.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib.

Sursat aidiyyatı üzrə təhvil verilib.

İlhamə