
BAKI, 22 iyun. TELEQRAF
Dəməşqin Duveyla məhəlləsində yerləşən kilsədə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb.
Teleqraf xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.
Hücumu həyata keçirən terrorçunun "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvü olduğu bildirilir.
***
21:14
Dəməşqin şərq hissəsində yerləşən xristian kilsəsində baş vermiş terror aktı nəticəsində azı 5 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, partlayıcı qurğunu kilsəyə daxil olan intiharçı-terrorçu işə salıb.
Hücum xristian əhalinin yaşadığı Duveyla məhəlləsində baş verib. Polis hadisə yerini mühasirəyə alıb.