
DAŞKƏSƏN, 18 may. TELEQRAF
Daşkəsən sakini ürəyindən bıçaqlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Zağalı kənd sakini 1985-ci il təvəllüdlü Vüsal Bayramov döş qəfəsindən bıçaqlanıb.
Adıçəkilən şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyəti orta-ağırdır.