Gəncə şəhərində bir nəfər dəm qazından zəhərlənib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhərin “Avtozavod” qəsəbəsi sakini, 1981-ci il təvəllüdlü İntizar Xəlilova dəm qazından ağır zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Hacı Zeynalov