Bakıda sahibi məlum olmayan “Jiquli” yanıb.

Teleqraf.com-un FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Mərkəzdən bildirilir ki, Binəqədi rayonunda sahibi məlum olmayan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.