
Bakının Nərimanov rayonumda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ə. Əliyev küçəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Rasif Süleymanovun idarə etdiyi “Opel” və 1981-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub.
Nəticədə Rasif Süleymanov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov