Bakının Xəzər rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Xədicə Əliyevanın evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov