Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini Səbuhi Rüstəmov saxlanılıb.
Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, evindən isə 3 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.