BAKI, 4 aprel. TELEQRAF

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Quba stansiyasından 69 km şimal-şərqdə yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.