BAKI, 1 oktyabr. TELEQRAF
Bu gün Bakıda Ukrayna Mərkəzində “Ukraynadakı müharibə azərbaycanlı fotoqrafların gözü ilə” adlı sərginin açılışı keçirilib.
Teleqraf xəbər verir ki, sərgi Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Açılış mərasimində diplomatik və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev çıxışında müharibə şəraitində Ukrayna xalqının qəhrəmanlığını və müdafiəçilərin fədakarlığını vurğulayıb.
Y. Qusev Azərbaycanın Ukraynaya müharibənin ilk günlərindən göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
Diplomat qeyd edib ki, sərgidə nümayiş olunan fotolar Ukraynadakı müharibənin faciəsini, xalqın qəhrəmanlığını və müstəqillik uğrunda mübarizəsini əks etdirir:
“Beynəlxalq tərəfdaşların dəstəyi və ukraynalı hərbçilərin qəhrəmanlığı sayəsində belə tədbirlərin keçirilməsi mümkündür”.
Qeyd edək ki, sərgi bir neçə həftə davam edəcək.