BAKI, 14 oktyabr. TELEQRAF
Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsinin açılışı olub.
Teleqraf xəbər verir ki, açılış mərasimində elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərli bildirib ki, Türkmənistan Mədəniyyət Günləri çərçivəsində qardaş türkmən xalqının mədəniyyəti ilə tanışlıq baş tutub: "Azərbaycan Milli Kitabxanasında Türkmənistan guşəsinin açılması iki ölkə arasında mütaliə sevərləri arasında uzun zamandır gözlənilən kitab mübadiləsinə şərait yaradacaq".
Türkmənistan mədəniyyət nazirinin müavini Nürsəhet Şirimov isə iki ölkə arasında bu əməkdaşlığın davamlı olacağını və daha da inkişaf edəcəyini vurğulayıb.
Qeyd edək ki, Türkmənistan Mədəniyyəti Günləri ölkəmizdə oktyabrın 15-dək davam edəcək.