BAKI, 13 fevral. TELEQRAF

İstanbulda Türkiyə Naşirlər və Çap Peşəkarları Assosiasiyası (TBYM) tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Anadolu Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olaraq təşkil edilən “11-ci Beynəlxalq İstanbul Nəşriyyatlarının Peşəkar Görüşləri” keçirilib.

Teleqraf xəbər verir ki, üç gün davam edən tədbirə 73 ölkədən 335 naşir qatılıb.

İstanbulun dünyanın ən mühüm mədəni mərkəzlərindən biri olduğunu diqqətə çatdıran Elm Yayma Fondunun Himayədarlar Şurasının sədri Bilal Ərdoğan tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə doqquz Azərbaycan naşiri iştirak edib və ümumilikdə 150 ikitərəfli işgüzar görüş keçirilib.

"Introtema" Müəllif Hüquqları Agentliyinin Azərbaycan nümayəndəsi Xəyalə Murad bildirib ki, Azərbaycan naşirləri hər il bu tədbirdə təmsil olunurlar.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycan müəlliflərinin kitabları Şri-Lanka, Albaniya, Türkiyə, Özbəkistan və Banqladeş dillərinə tərcümə olunaraq, həmin ölkələrdə satışa çıxarılıb.

Qeyd edək ki, proqram beynəlxalq müəllif hüquqlarının mübadiləsi və nəşriyyat əməkdaşlığı baxımından sektorun əhəmiyyətli toplantılardan biri hesab olunur.