BAKI, 29 aprel. TELEQRAF

"Bureau A&D" memarlıq bürosu İsveçin Azərbaycandakı səfirliyi və ölkəmizin İsveçdəki diplomatik nümayəndəliyi ilə tərəfdaşlıq şəraitində genişmiqyaslı işbirliyinə başlayır.

Teleqraf xəbər verir ki, birgə fəaliyyət çərçivəsində Nobel qardaşlarının həm İsveçdə, həm də Azərbaycanda günümüzədək qorunub saxlanılan ev-muzeylərinin memarlıq quruluşu və interyer həllərinin tədqiq edilməsi planlaşdırılır.

Layihənin əsas qayəsi iki dövlət arasında mövcud olan tarixi mədəni bağların yeni prizmadan işıqlandırılması və ortaq irsin elmi əsaslarla araşdırılmasından ibarətdir.