BAKI, 29 iyun. TELEQRAF

Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd olunub.

Prezident vurğulayıb ki, qurultay nümayəndələrinin əksəriyyətini məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoyublar və onların xatirəsi bu gün də rəsmi səviyyədə ehtiramla yad edilir.

"Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirmişdir", - Dövlət başçısı bildirib.