BAKI, 5 sentyabr. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətinin Girne sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan axtarışlar nəticəsində daha bir nəfərin cəsədi tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel məlumat yayıb.

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus TCG IŞIN və TCG ALEMDAR gəmilərinin apardığı axtarışlar nəticəsində tapılan meyitin qadına aid olduğu müəyyənləşdirilib.

Onun şəxsiyyətinin təyin edilməsi məqsədilə zəruri tədbirlərə başlanılıb.

Bununla qəza nəticəsində həyatını itirən şəxslərin sayı 13-ə yüksəlib, itkin düşənlərin sayı isə 15 nəfərdir.