BAKI, 4 sentyabr. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin Girne sahillərində baş verən dəniz qəzası ilə bağlı aparılan axtarışlar nəticəsində daha 2 nəfərin cəsədi tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ünal Üstel məlumat yayıb.
Onların hər ikisinin qadın olduğu aşkarlanıb, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Bununla qəza nəticəsində ölənlərin sayı 12-yə çatıb. İtkin düşən 16 nəfərin tapılması üçün axtarışlar Türkiyənin dəstəyi ilə davam etdirilir.
Baş nazir axtarışlara dəstək verən Türkiyə Cümhuriyyətinə təşəkkür edib.