BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp “Truth Social”dakı səhifəsində xüsusi nümayəndəsi Stiv Uitkoffun Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məqaləsini paylaşıb.

Teleqraf xəbər verir ki, məqalədə Amerika liderinin münaqişənin həllindəki roluna diqqət çəkilib.

Paylaşım “Tramp dondurulmuş münaqişəni necə sülh modeli nümunəsinə çevirdi?” başlığı ilə olunub.

Uitkoff “Washington Examiner”də dərc olunan məqaləsində qeyd edib ki, iki ölkə arasında Trampın vasitəçiliyi əldə olunan razılaşma 35 ildən artıq davam edən münaqişəyə son qoyub. O, sülh prosesində Trampın və Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulayıb.

Uitkoff həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi məsələsinə toxunub. Bu çərçivədə Ermənistan ərazisindən keçəcək “Tramp marşrutu” layihəsinin formalaşdığını yazıb.

“Cənubi Qafqaz bu gün daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”, - ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.

Məqalə avqustun 10-də dərc olunub.