BAKI, 29 aprel. TELEQRAF
Azərbaycan İraqdakı səfiri Eldar Səlimov bu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Casim Akiber ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə diplomat rəsmi sosial media hesabında paylaşım edib.
Görüş zamanı tərəflər təhlükəsizlik sahəsində Anlaşma Memorandumu və birgə fəaliyyət mexanizmlərini müzakirə ediblər.
"İraq DİN-in Beynəlxalq Əməkdaşlıq İdarə rəisi gen-mayor Dr. Hüseyn Casim Akiber ilə görüşdən məmnunluq duydum. Təhlükəsizlik sahəsində Anlaşma Memorandumu və birgə fəaliyyət mexanizmlərini müzakirə etdik",- səfir bildirib.