BAKI, 14 mart. TELEQRAF

"Dünyada 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır".

Teleqraf xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, 300 milyon insan evsizdir, 1 milyarddan çox insan isə infrastruktur və fundamental xidmətlərin olmadığı qeyri-rəsmi məskunlaşma yerlərində həyat mübarizəsi aparır.

A.Rossbax vurğulayıb ki, bu problemlərin həlli üçün cari ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 sessiyası mühüm platforma olacaq:

“Növbəti onilliklərdə şəhərlərə daha 2 milyard insanın köçəcəyi gözlənilir və WUF13 bu əhali axınının düzgün sığınacaqla təmin edilməsi üçün sistemli həll yollarının müzakirə ediləcəyi əsas məkandır”.