BAKI, 14 mart. TELEQRAF
Koreya Xalq Demokratik Respublikası (KXDR) ehtimal olunan ballistik raket buraxılışı həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın Dənizdə Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Məlumata görə, buraxılan raket artıq yerə düşüb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.