BAKI, 12 mart. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-də işinə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun ilk günü yekunlaşıb.

Teleqraf verir ki, martın 14-dək davam edəcək Forum qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən Forum müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri və qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

****

10:04

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XIII Qlobal Bakı Forumu öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, martın 14-dək davam edəcək Forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Tədbir qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi üçün dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi
tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən Forum müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri və qərar qəbul edən şəxsləri bir araya gətirərək qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.