BAKI, 12 mart. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld XIII Qlobal Bakı Forumunda iştirak edib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə "X" hesabında paylaşım edib.

Səfir qeyd edib ki, dünyada gərginliyin və mürəkkəbliyin artdığı bir dövrdə Bakı Forumu kimi platformalar böyük önəm kəsb edir.

Forumun "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna toxunan Fergus Auld bildirib:

"Bu mövzu bizim burada olmağımızın səbəbini tam olaraq əks etdirir. Belə platformalar dialoq üçün həmişəkindən daha vacibdir".