BAKI, 14 mart. TELEQRAF

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumunun rəsmi hissəsi bu gün başa çatıb.

Teleqraf xəbər verir ki, forum bu il martın 12-14-də “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilib.

Tədbir qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Forum çərçivəsində 12 panel müzakirəsi təşkil olunub. Müzakirələr iqlim dəyişikliyi, beynəlxalq hüquqa hörmət, böhran şəraitində çoxtərəflilik, qlobal əməkdaşlığın yenidən düşünülməsi və inklüziv inkişaf kimi mövzulara həsr olunub.

Forumun sonuncu panelinin mövzusu “Beynəlxalq sistemin yenilənməsi yollarının axtarışı” olub.

Paneldə beynəlxalq hüquq, güc balansı, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər müzakirə olunub.

****

09:46

Bu gün Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XIII Qlobal Bakı Forumunun sonuncu günü fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, martın 12-14-də keçirilən forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub.

Forum qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və geosiyasi çağırışların müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri Bakıda bir araya gətirib.

Forumun əvvəlki günlərində qlobal təhlükəsizlik və güc balansı, beynəlxalq hüquqa hörmət, böhran şəraitində çoxtərəflilik, qlobal əməkdaşlığın yenidən düşünülməsi, Orta Dəhliz və inklüziv inkişaf kimi mövzular müzakirə edilib.