BAKI, 14 mart. TELEQRAF

“Qlobal Bakı Forumu mühüm platformaya çevrilib. Bu kimi platformalar parçalanmış fikirlərin aradan qaldırılması üçün vacib rol oynayır. Dünyanın bir çox yerində sosial bərabərsizliyi müşahidə edirik və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülməsi zəruridir”.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, didərgin düşmüş əhaliyə gəldikdə isə, yenidənqurma prosesinin dayanıqlı olması böyük əhəmiyyət daşıyır:

“Biz bilməliyik ki, layiqli yaşayış şəraitinin təmin edilməsi insan inkişafı üçün imkanların qorunması deməkdir.
Bu istiqamətdə hansı maliyyə alətlərinin daha dayanıqlı nəticə verə biləcəyi mühüm məsələdir. Münaqişələrdən sonra adekvat yaşayış şəraitinin yaradılması üçün hansı maliyyə alətlərinin daha səmərəli ola biləcəyi də müzakirə olunur. Azərbaycan Ümumdünya Şəhərsalma Forumu (WUF13) da bu istiqamətdə öz təşəbbüslərini təqdim edəcək”, -sədr vurğulayıb.