BAKI, 12 mart. TELEQRAF

Azərbaycanın Baş naziri Əli Əsədov martın 12-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Timor-Leste Prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.