BAKI, 13 mart. TELEQRAF

Pekin rəsmi Bakı ilə iqtisadi modernləşmənin yaratdığı inkişaf perspektivlərini bölüşməyə və ölkələrimizin tərəqqisi naminə birgə gələcək qurmağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, cari ilin martında qəbul edilən "15-ci Beşillik" sosial-iqtisadi proqramı təkcə ölkəsi üçün deyil, bütün tərəfdaş dövlətlər üçün yeni fürsətlər kataloqudur.

O bildirib ki, 2026-cı ildə iqtisadi artımın 5 faizədək çatdırılması hədəflənir və bu göstərici qlobal miqyasda sabitliyə xidmət edəcək:

"Hazırda Çin 150-dən çox dövlətin əsas ticarət tərəfdaşıdır. Biz Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməkdə qərarlıyıq".

Sonda Lu Mey hər iki ölkənin "Qlobal Cənub" ailəsinin mühüm parçası olduğunu və bir-birinin milli inkişaf kursunu dəstəklədiyini diqqətə çatdırıb.