BAKI, 14 mart. TELEQRAF

"ABŞ sanksiyalarının yumşaldılmasından sonra Rusiya neftini almaq istəyən çoxlu insan var".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O bildirib ki, Rusiya nefti hazırda qlobal enerji sektoru üçün sadəcə vacibdir: "Rusiyadan qlobal bazara neft axını onun sabitləşməsinə kömək edir".

"Rusiya neft ixracına qarşı sanksiyaların yumşaldılması həm Moskvanın, həm də Vaşinqtonun maraqlarına uyğundur", - Peskov qeyd edib.

Kremlin sözçüsü əlavə edib ki, hazırda qlobal enerji bazarlarını sabitləşdirmək cəhdi ilə amerikalılar sanksiyaların bir aylıq güzəştinə razılıq veriblər. Bu halda, biz amerikalıların bu məsələdəki marağını bölüşürük; bu, bizim də maraqlarımıza uyğundur".