BAKI, 13 mart. TELEQRAF
Ermənistan tərəfindən basdırılmış minalar dinc sakinlərin həyatına ciddi təhlükə törətməyə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
Bildirilib ki, Füzuli rayonunda heyvan otaran bir nəfər mülki vətəndaş mina partlaması nəticəsində dünyasını dəyişib:
“Bu kimi faciəvi hadisələr keçmiş məcburi köçkünlərin geri qayıdışını ləngitməklə yanaşı, azad olunmuş ərazilərdəki bərpa prosesinə də mane olur. 2020-ci il müharibəsi bitdikdən sonra cəmi 419 azərbaycanlı mina qurbanı olub. Onlardan 72-si vəfat edib, 347 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb”.
Qeyd edilib ki, dövlət öz sakinlərinin təhlükəsizliyini qorumaq üçün minatəmizləmə işlərinə sadiqdir:
“Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlardan aktiv dəstək və səylərin birləşdirilməsini gözləyir”.