BAKI, 12 mart. TELEQRAF
Beynəlxalq düzən dəyişir və bu faktdır. Biz yeni beynəlxalq düzənə keçid mərhələsindəyik. Bu isə təhlükəli vəziyyətdir”.
Teleqraf xəbər verir ki, bu barədə Norveçin sabiq baş naziri Kyell Magne Bondevik (1997–2000 və 2001–2005-ci illər) XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Avropada bu gün daha çox həmrəylik var:
“Fikrimcə ,qlobal təşkilatlardan fərqli olaraq , regional təşkilatlar da daha mühüm rol oynayacaq. Hesab edirəm ki, BMT strukturları daha kiçik və effektiv təşkilatlara yönəlməlidir. BMT-də müəyyən dəyişikliklərin edilməsi də zəruridir.”