BAKI, 14 mart. TELEQRAF

Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.