BAKI, 14 mart. TELEQRAF

Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında ABŞ-a məxsus olduğu ehtimal edilən tanker yanmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə BƏƏ-nin Şarca əmirliyi sahilləri yaxınlığında baş verib.

Yayılan kadrlarda tankerin alov içində olduğu, səmaya qalxan qalın tüstü buludlarının müşahidə edildiyi görünür. Hadisənin hansı səbəbdən baş verdiyi və mümkün zərərçəkənlərlə bağlı hələlik əlavə məlumat verilməyib.