BAKI, 11 fevral. TELEQRAF
2026-cı ildə Azərbaycan və Qırğızıstan arasında həm ali, həm də hökumətlər səviyyəsində olduqca intensiv iş qrafiki planlaşdırılıb.
Bunu Teleqraf-a açıqlamasında Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov bildirib.
Onun sözlərinə görə, qarşıda duran ən mühüm vəzifə qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmaqdır:
"Hazırda biz iqtisadiyyatın inkişafına məsul olan rəsmi şəxslərlə görüşlər keçirməyi planlaşdırırıq. Əsas məqsədimiz iş adamları, şirkətlər və dövlət qurumları arasındakı təmasları daha da genişləndirməkdir”.
Diplomat vurğulayıb ki, bütün bu səylər iki ölkə Prezidenti tərəfindən təsdiqlənmiş və 2029-cu ilədək olan dövrü əhatə edən əməkdaşlıq proqramının uğurla icra edilməsinə yönəlib:
“Bu proqram hər iki ölkənin iqtisadi potensialının birləşdirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün yol xəritəsi rolunu oynayır”.