BAKI, 19 dekabr. TELEQRAF

Bolqarıstan Prezidenti Rumen Radev azərbaycanlı həmkarı İlham Əliyevi rəsmi səfərə dəvət edib.

Teleqraf xəbər verir ki, bunu Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.

"Son bir neçə ildə hər dəfə konstruktiv və dostluq mühitində keçən, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda strateji münasibətlərin, səmərəli əlaqələrin, fəal siyasi dialoqun genişlənməsinin təsdiqləndiyi görüşlərimizi məmnuniyyətlə xatırlayıram.

Ümid edirəm ki, Veliko Tırnovo şəhərində Sizinlə birlikdə böyük səylər göstərdiyimiz Şuşa parkının açılışı ilə əlaqədar Bolqarıstana uzun müddət gözlənilən səfəriniz ölkəmizdəki mövcud siyasi böhrandan asılı olmayaraq 2026-cı ildə baş tutacaqdır",- o qeyd edib.