BAKI, 9 dekabr. TELEQRAF
İran və Azərbaycan ikitərəfli əlaqələrin gücləndirilməsi və çoxtərəfli platformalarda əməkdaşlığın dərinləşdirilməsi üçün bütün imkanlardan istifadə etməkdə qərarlıdır.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
XİN rəsmisi İranın xarici işlər naziri Abbas Əraqçinin ötən gün Azərbaycana səfərinə toxunaraq bildirib ki, A. Əraqçi Prezident İlham Əliyev, həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxslərlə çox faydalı və konstruktiv danışıqlar aparıb:
"Nazir həmçinin Bakı Dövlət Universitetini ziyarət edib, professor və tələbələrlə görüşüb, "Danışıqların Gücü" kitabının Azərbaycan dilində tərcüməsinin təqdimatında iştirak edib. İran və Azərbaycan ikitərəfli əlaqələrin gücləndirilməsi və çoxtərəfli platformalarda əməkdaşlığın dərinləşdirilməsi üçün bütün imkanlardan istifadə etməkdə qərarlıdır".