BAKI, 11 sentyabr. TELEQRAF
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində və Amerika Yəhudi İcmasının tədbirində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəkı səfirliyi məlumat yayıb.
Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər və qlobal təsirə malik olan sülh gündəliyi mövzusunda geniş müzakirələr aparıb.