BAKI, 8 avqust. TELEQRAF

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

"Azərbaycan Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini tam dəstəkləyir.

Azərbaycan, həmçinin Gürcüstanla yaxın tərəfdaşlığa və mehriban qonşuluq münasibətlərinə böyük önəm verməyə davam edir",- paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibədən 17 il ötür.