BAKI, 28 sentyabr. TELEQRAF
Sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
"Həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!" - o qeyd edib.
Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə hücum nəticəsində iki nəfərin öldüyünü və onlardan birinin Azərbaycan vətəndaşı olduğunu bildirmişdi.