BAKI, 26 fevral. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı sosial mediada paylaşım edib.

Teleqraf xəbər verir ki, o, bu soyqırımının ağrısı unudulmayacaq hadisə olduğunu bildirib.

“Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir bədən olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan qeyd edib.