BAKI, 20 may. TELEQRAF

Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də də təkrarladı.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Bakıda WUF13-də təşkil edilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” adlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılmasında çox böyük təcrübə əldə edib.

"Azərbaycan mediası xarici medianı da məlumatlandırmaq üçün öz funksiyasını mötəbər şəkildə yerinə yetirdi. İnanırıq ki, bu gələcəkdə də öz nəticəsini verəcək. Azərbaycan jurnalistləri çox uğurlu hekayəyə imza atıblar. Bu bizi çox sevindirir. Biz bu qaynar fəaliyyəti görürük və bunu yüksək qiymətləndiririk. Buna görə jurnalistlərə təşəkkür edirik", - o vurğulayıb.