BAKI, 12 oktyabr. TELEQRAF
Nazirlər Kabinetinin müvafiq qərarı ilə şagirdlər üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin əsas məqsədi təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitinin formalaşdırılmasıdır.
Eyni zamanda, müəllimlərin geyimi və geyim elementləri isə dünyəvilik prinsipinə uyğun, sadə, işgüzar və dinamik iş rejiminə mane olmayacaq formada seçilməlidir. Söhbət müəllimlər üçün vahid geyim formasından deyil, geyim qaydalarından – dress-kod tələblərindən gedir. Bu yanaşmanın pedaqoji və idarəetmə baxımından böyük müsbət təsirləri var.
Qaydaların icrasına məktəb rəhbərliyi nəzarət edir və bu məsələlər mütəmadi olaraq Pedaqoji Şuralarda müzakirə olunur. Artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrası ilə bağlı monitorinqlərə start verilib.
Teleqraf mövzu ilə bağlı Bakıda yerləşən 160 nömrəli Klassik Gimnaziyada olub və oradan hazırlanan görüntüləri təqdim edir: