BAKI, 23 noyabr. TELEQRAF

Qarabağ Universiteti tələbələr arasında baş verən insidentlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ali təhsil müəssisəsindən Teleqraf-a verilən məlumata görə, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib.

Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verildiyi bildirilib.

"Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb", - deyə qeyd olunub.

Xatırladaq ki, Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyinə dair iddialar yayılıb.