BAKI, 11 avqust. TELEQRAF

Bu gün saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 743 uşaq elektron qeydiyyatdan keçib.

Teleqraf xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, elektron qeydiyyatdan keçən uşaqlardan 13 789 nəfəri üçün aktiv sorğu yerləşdirilib.

"Məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 22 iyul tarixindən aktiv edilib. Məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 01-30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək", - məlumatda vurğulanıb.