BAKI, 3 avqust. TELEQRAF
Avqustun 5-dən bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırılır.
Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi "mygov" portalı vasitəsilə elektron qaydada həyata keçirilir.